Makron G7 iştirakçılarını rus mahnısı ilə salamlayıb
Fransa prezidenti Emmanuel Makron rus mahnısının müşayiəti ilə G7 sammitinin iştirakçılarını salamlayan videoçarx yayımlayıb.
Elchi.az xəbər verir ki, o, videonu İnstaqram kanalında yerləşdirib.
Kadrlarda Yelisey Sarayının rəhbərinin rusiyalı musiqiçi Sto-Liçni Şe-Nasın (əsl adı Aleksey Plujnikov) “Capibara” treki ilə ölkə liderlərini salamlaması əks olunub. Səsləndirilən şəxslər arasında Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ABŞ prezidenti Donald Tramp və digər G7 liderləri var.
Bu, Makronun bu cür videolarda viral trekdən istifadə etdiyi ilk hal deyil. 2025-ci ilin yayında Fransa prezidenti eyni trekin müşayiəti ilə Kanadada Kananaskis sammitində iştirak edənlərin görüntülərini də yerləşdirmişdi.
Yeganə