Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.
Bu gün saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi – 1382) ərizəsini təsdiq edib.
“İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi“nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləməlidir. O zaman bakalavrlar müsabiqəyə buraxılacaqlar”, – məlumatda qeyd olunub.