“Lukaşenko Zelenskidən Putinə mesaj ötürməyib” – Peskov

Reklam sahəsi

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putinlə Aleksandr Lukaşenko arasında həftəsonu Valdayda baş tutan görüş qeyri-rəsmi xarakter daşıyır və buna görə də mediada işıqlandırılmayıb.

Elchi.az xəbər verir ki, o, qeyd edib ki, liderlər ilk növbədə ikitərəfli münasibətlərə və ticarət-iqtisadi əməkdaşlığa diqqət yetiriblər.

“Buna görə də Rusiyanın baş naziri ikinci gün onlara qoşuldu”, – deyən Kreml sözçüsü, birgə layihələrin çoxluğunun konkret müzakirələr tələb etdiyini qeyd edib.

Peskovun sözlərinə görə, Putin və Lukaşenko “strateji məsələləri” – ilk növbədə təhlükəsizliklə bağlı məsələləri, eləcə də Avropa ölkələrinin siyasətini və “Belarusu təxribat etmək cəhdlərini” müzakirə ediblər. Danışıqlarda “Ukrayna mövzusu” da yer alıb.

Peskov, Lukaşenkonun Zelenskidən Putinə mesaj ötürüb-ötürmədiyi sualına mənfi cavab verdi. Belarus prezidentinin danışıqlar prosesindəki rolunu daha geniş şərh edərək, o bildirib: “Mövcud kanalların Ukrayna ilə əlaqə işləməsi üçün onlar diqqət mərkəzindən kənarda qalmalı və ictimaiyyətə açıqlanmamalıdır”.

                                                                                                                                                                                                                                                                                     Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir