Almaniyada 100.000-ə qədər iş yeri yox ola bilər
Almaniyada 100,000-ə qədər sənaye işi bu il yoxa çıxa bilər, çünki şirkətlərin sayı artaraq xaricə köçür.
Elchi.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti Horváth konsaltinq firmasının araşdırmasına istinadən bildirib.
1000 şirkət arasında sorğu keçirən araşdırmaya görə, 60%-i Almaniyada daha çox iş yerlərini ixtisar etməyi planlaşdırır. Sorğu zamanı şirkətlər 2026-2030-cu illər üçün strategiyaları ilə bağlı təfərrüatları təqdim ediblər.
“Tədqiqatın nəticələrindən əldə edilən hesablamalara əsasən, 2026-cı ildə sənaye sektorunda daha 100 minə qədər iş yeri ləğv edilə bilər – ilk növbədə avtomobil, maşınqayırma və tikinti sənayesində”, – qəzet yazır.
Nəşrin qeyd etdiyi kimi, bu dəyişikliklərə yeni geosiyasi risklər, artım proqnozları və daxili bazardakı çatışmazlıqlar səbəb olur.
Yeganə