Kuba ABŞ-ın yeni sanksiyalarına reaksiya verdi
Kuba hökuməti xam neft hasilatı, emalı və istehsalı ilə məşğul olan dövlət neft şirkətinə qarşı ABŞ-ın sanksiyalarına reaksiya verib.
Elchi.az xəbər verir ki, Kuba mediası xarici işlər naziri Bruno Rodrigezin yeni ABŞ sanksiyaları ilə bağlı açıqlamasını dərc edib. Dövlət neft şirkətinə qarşı ABŞ sanksiyalarına toxunan Rodrigez bildirib ki, “ABŞ dövlət katibi Marko Rubio fəth ambisiyaları, prezidentlik arzuları və siyasi karyera hesablamaları ilə Kubaya qarşı iqtisadi və enerji blokadasını daha da gücləndirir”.