Kallasdan Aİ diplomatik xidmətinin ləğvi ilə bağlı şayiələrə CAVAB
Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas onun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı şayiələrə cavab verərək, Avropa üçün işinin yüksək əlavə dəyəri olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Daha əvvəl “The Financial Times” yazıb ki, Aİ xarici siyasətdə uğursuzluqlar fonunda Kallasın rəhbərlik etdiyi diplomatik xidmətdə köklü islahatları nəzərdən keçirir. Konkret olaraq Kallasın muxtariyyətinin məhdudlaşdırılmasını və Avropa diplomatik xidmətinin səlahiyyətlərinin ölkələrin xarici işlər nazirliklərinə verilməsini təklif edir.
Bu nəşrdən sonra Kallas Avropa Xarici Fəaliyyət Xidmətinin təxminən 5000 əməkdaşına məktub göndərib.
“Mən… xüsusilə Avropada genişmiqyaslı müharibənin getdiyi bir vaxtda komanda olaraq Avropaya gətirdiyimiz əhəmiyyətli əlavə dəyəri vurğulamaq istərdim” -deyə Avropa diplomatiyasının rəhbəri qeyd edib.
Eyni zamanda, Kallas islahatlarla bağlı müzakirəni alqışlayıb və qeyd edib ki, o, Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə islahat ideyalarını müzakirə edəcək.
Kallas həmçinin vurğulayıb ki, Aİ institutlarının rol və öhdəlikləri beynəlxalq müqavilələrdə aydın şəkildə müəyyən edilib.
Yeganə