İran Trampın bəyanatını TƏKZİB ETDİ
İran parlamenti (Məclis) ABŞ Prezidenti Donald Trampın Tehranın danışıqlar aparmaq üçün müraciət etdiyinə dair iddiasını yalan adlandıraraq rədd edib.
Elchi.az xəbər verir ki, bu barədə Məclisin Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi Həsən Qaşqavi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
İran parlamentinin nümayəndəsi yazıb: “Trampın İranın guya danışıqlar aparmaq üçün müraciət etməsi barədə iddiası tamamilə yalandır”.
Qaşqaviyə görə, Amerika liderinin bəyanatları yalnız neft qiymətlərini aşağı salmağa yönəlib. O əlavə edib ki, Trampın yalanları artıq bazarları hətta qısa müddətə belə sakitləşdirmək gücündə deyil.
Daha əvvəl Tramp iddia etmişdi ki, guya İran nümayəndələri ABŞ tərəfi ilə təcili danışıqlar aparmağa çalışırlar, lakin Vaşinqton buna maraq göstərmir.
Yeganə