İran Trampın ABŞ ilə danışıqlar barədə açıqlamasını təkzib edir
İran Xarici İşlər Nazirliyi: Tehran Vaşinqtonla danışıqlar aparmır
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehranın danışıqlara başlayacağı barədə açıqlaması həqiqətə uyğun deyil. TASS-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqi mətbuat konfransında bildirib.
“Hazırda ABŞ ilə heç bir danışıqlar aparmırıq. Hazırda Omanla danışıqlar aparılır”, – deyə İran diplomatı bildirib.
O, İslam Respublikası və Omanın Hörmüz boğazında naviqasiya təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etdiyini aydınlaşdırıb.
Şayəstə