İran nümayəndə heyəti ABŞ-la münaqişəni bitirmək üçün Qətərə yollanıb

Reklam sahəsi

İran nümayəndə heyəti ABŞ ilə mümkün razılaşmanı Qətərin hökumət başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə müzakirə etmək üçün Dohaya gəlib.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbəyinə istinadən məlumat yayıb.

Səfərin əsas məqsədi münaqişənin dayandırılması yollarını tapmaq cəhdi, həmçinin Hörmüz boğazı ətrafındakı vəziyyət və İrandakı yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının müzakirəsidir.

Qeyd olunur ki, İran nümayəndə heyətinin tərkibinə baş danışıqlarçı Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçı, eləcə də yekun razılaşma çərçivəsində İranın aktivlərinin dondurulmasının mümkün ləğvi müzakirələrində iştirak edəcək İran Mərkəzi Bankının rəhbəri daxildir.

Məryəm 

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir