İran ABŞ-ni cəzalandıracağı ilə hədələdi

Reklam sahəsi

İran rəhbərliyi yaxın vaxtlarda ABŞ və onun müttəfiqlərini ölkəyə qarşı aqressiv hərəkətlərinə görə cəzalandırmaq üçün əlavə tədbirlərin görüləcəyini elan edəcək.

Elchi.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Moqtadai bəyan edib.

“Yaxın günlərdə təcavüzkarın və onu dəstəkləyən dövlətlərin cəzalandırılmasına yönəlmiş İran siyasətinin əlavə tədbirləri bəlli olacaq. Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası düşmənin sonradan peşman olacağı şəkildə cəzalandırılmasına gətirib çıxaracaq qətiyyətli, əsaslandırılmış qərarların qəbul edilməsinə maksimum dəstək verəcək”, — deyə o, SNN telekanalına müsahibəsində bildirib. Moqtadainin sözlərinə görə, iranlılar artıq ABŞ Prezidenti Donald Trampın imzasına inanmırlar və hesab edirlər ki, amerikalılar İran rəhbərliyini təhqir etməyə çalışaraq çarəsizlik içindədirlər.

Mərəym

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir