Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib

Reklam sahəsi

Hesablama Palatası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a münasibətdə hazırladığı Rəyi təsdiqləyərək Milli Məclisə ünvanlayıb.

Bu barədə Elchi.az – a Hesablama Palatasından bildirilib.

Məsələ ilə əlaqədar Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Müzakirələr çərçivəsində dövlət büdcəsinin əsas göstəricilərinin araşdırılması üzrə əldə olunan başlıca nəticələr diqqətə çatdırılıb. Qeyd olunub ki, əvvəlki və cari il ərzində Hesablama Palatası tərəfindən verilən təklif və tövsiyələrin böyük hissəsi büdcə sənədləşməsində öz əksini tapıb.

2025-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat, xərcləri 38 milyard 603,6 milyon manat icra olunub, 527,5 milyon manat məbləğində büdcə profisiti yaranıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir