G7 liderləri Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb

Reklam sahəsi

Fransada keçirilən sammitdə G7 liderləri Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəliblər.

Elchi.az xəbər verir ki, bu barədə Fransanın Evian-les-Bains şəhərində keçirilən görüşün yekunlarına dair G7-nin geosiyasi məsələlərlə bağlı bəyanatında deyilir.

“Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağa öhdəliyik. Bu kontekstdə neft və qaz sektorları da daxil olmaqla sanksiyalarımızı gücləndirəcəyik.

Qeyd edilir ki, hazırda Rusiyaya qarşı əlavə tədbirlər görmək üçün əlverişli məqamdır, çünki Prezident Tramp dəstəklədiyimiz Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlib”,-deyə bəyanatda bildirilib.

Eyni zamanda G7 liderləri Ukraynaya sarsılmaz dəstək sözü verdilər.

“Biz hava hücumundan müdafiə sistemləri, əlavə sistemlər və ələ keçirən qurğular, eləcə də uzaq mənzilli aktivlərin tədarükünü artırmağa razıyıq”, – G7 bəyan edib.

                                                                                                                                                                     Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir