Gəmilərin Hörmüz boğazından keçidi SEPAH-ın nəzarətində qalır

Reklam sahəsi

Gəmilərin Hörmüz boğazından keçidi əvvəlki kimi İslami İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə koordinasiya şəklində həyata keçirilir.

Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” İranın IRIB dövlət teleradio şirkətinə istinadən məlumat yayır.

Teleşirkətin efirində verilən bəyanatda bildirilib ki, Hörmüz boğazından keçən bütün gəmilərin heyəti öz marşrutlarını hələ də SEPAH-ın Hərbi Dəniz Qüvvələri (HDQ) ilə razılaşdırmağa borcludur.

Tehran boğazın gəmiçilik üçün bağlanacağını iyunun 11-də elan etmiş və dəqiqləşdirmişdi ki, bu tədbir əvvəllər Hörmüzdən keçmək üçün icazə almış gəmilərə də şamil olunur. İranda əlavə etmişdilər ki, bu sərəncam onun ləğvi barədə xüsusi bildiriş verilənə qədər qüvvədə qalacaq. Belə bir bildiriş isə hələlik daxil olmayıb.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir