Evdən qızıl əşyaları oğurlayan şəxs saxlanıldı

Reklam sahəsi

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Elchi.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və talama cinayətini törədib.

Faktla bağlı araşdırma davam etdirilir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir