Ərdoğan Finlandiya prezidenti ilə Ukrayna, İran və Qəzza böhranlarını müzakirə edib
Türkiyə Ukraynadakı münaqişənin dinc yolla nizamlanması, İran böhranı və Qəzza zolağında davamlı atəşkəsin təmin edilməsi üçün səylər göstərir.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada Finlandiya Prezidenti Aleksander Stubb ilə görüşündə bəyan edib.
Danışıqlar alyansın 32 üzv ölkəsinin liderlərinin iştirak etdiyi NATO sammiti ərəfəsində baş tutub.
Türkiyə liderinin Kommunikasiya İdarəsinin keçirilən danışıqların yekunlarına dair yaydığı məlumatda bildirilir: “Prezident Ərdoğan Türkiyənin İran ətrafındakı münaqişənin və Ukraynadakı müharibənin dialoq yolu ilə nizamlanması, həmçinin Qəzzada davamlı atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün səylər göstərdiyini qeyd edib”.
Məryəm