Ədliyyə Nazirliyi bölgələrdə vətəndaşlar üçün videoqəbullar keçirir

Reklam sahəsi

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.

Bu barədə Elchi.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, may ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi, İcra xidməti, İnsan resursları idarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyi tərəfindən Bərdə, Gəncə, Göyçay, İmişli, Lənkəran, Şəki, Şəmkir, Sumqayıt, Şirvan və Xaçmaz regional ədliyyə idarələri ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 63 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir