Çində Delfin Tayfunu: 1 milyondan çox insan təxliyə edildi

Reklam sahəsi

Çin hakimiyyəti Delfin Tayfunu sahilə çatdıqdan sonra Şanxay da daxil olmaqla, Çinin şərqindəki 1 milyondan çox insanı evlərindən təxliyə edib.
Elchi.az xəbər verir ki, meteorologiya rəsmiləri bildirib ki, fırtına ilk dəfə Zhejiang əyalətinin Yuhuan şəhərinə çatanda saatda 150 kilometr sürətə çatıb. Tayfun təxminən bir saat sonra Venzhou şəhərinə ikinci dəfə çatıb.
Fırtına bölgədə nəqliyyatın hərəkətini dayandırıb. Təkcə Şanxayda 1400 uçuş ləğv edilib.
Çin hakimiyyəti əvvəllər Delfin Tayfunu üçün ən yüksək səviyyə olan qırmızı həyəcan siqnalı vermişdi, lakin bazar ertəsi səhəri fırtınanın səviyyəsi tropik fırtınaya endirilib.
Fırtınanın daxili ərazilərə doğru irəlilədiyi bildirilir. Hakimiyyət orqanları xəbərdarlıq edib ki, güclü yağış, daşqın və torpaq sürüşməsi riski çərşənbə gününə qədər davam edəcək. Bazar ertəsi günü Şandonq, Henan, Hubei, Anhui, Jiangsu və Zhejiang əyalətlərində, eləcə də Şanxay şəhərində güclü yağış gözlənilir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir