Çilidə 6,9 bal gücündə zəlzələ
Cənubi Amerika ölkəsi olan Çilinin şimalında 6,9 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) ölkənin şimalındakı Kalama şəhərindən 31 kilometr şərqdə 6,9 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Zəlzələnin 101 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Hakimiyyət orqanları zəlzələ nəticəsində heç bir tələfat və ya maddi ziyan olmadığını açıqlayıb.
Şayəstə