ABŞ ordusu İrana hücumlar elan etdi
CENTCOM İranın raket bazalarını və mina yerləşdirən hərbi qayıqları hədəf alan “müdafiə” hücumları həyata keçirdiyini açıqladı.
Elchi.az xəbər verir ki, ABŞ-ın açıqlaması İranın müxtəlif yerlərində partlayış səsləri eşidildikdən sonra verildi. Fox News-un məlumatına görə, CENTCOM sözçüsü Tim Hokins bildirib ki, “ABŞ qüvvələri bu gün qoşunlarımızı İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün İranın cənubundakı hədəflərə qarşı müdafiə hücumları həyata keçirib”. Hokins əlavə edib ki, “Hədəflər raket bazaları və mina yerləşdirməyə çalışan İran qayıqları idi. CENTCOM davam edən atəşkəs dövründə qüvvələrini təmkinlə müdafiə etməyə davam edir”.
“Bu, Atəşkəsin bitdiyi anlamına gəlmir”
Anonim qalmaq istəyən yüksək vəzifəli ABŞ rəsmisi, Hörmüz boğazında mina yerləşdirən İran İnqilab Keşikçiləri Korpusuna (İİKK) məxsus iki hərbi qayığın və Bəndər Abbas şəhərindəki raket bazasının hədəfə alındığı barədə məlumat paylaşdı. Rəsmi hücumların “müdafiə” olduğunu təkrarladı, iki fərqli mənbə isə hadisələrin “atəşkəsin bitdiyi anlamına gəlmir” olduğunu bildirdi. Həmçinin hücumların hələlik bitdiyi bildirildi.
İranda partlayışl səsləri eşidilib
İran mediası günün əvvəlində Bəndər Abbas, Cask və Sirik şəhərlərində səbəbi hələlik məlum olmayan partlayışların eşidildiyini bildirib. Hücum şübhələrini yaradan partlayışlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Şayəstə