Binəqədidə yol polisi əməkdaşlarına müqavimət göstərən sürücü saxlanılıb

Reklam sahəsi

Binəqədi rayonu ərazisində axtarışda olan “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən  bildirilib ki, ödənilməmiş cərimə öhdəliyinə görə saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.

Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir