Bakıdakı Rusiya–Almaniya görüşlərinin sirri – Moskva açıqlama verdi

Reklam sahəsi

Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşlərin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı rəsmi danışıqlar olmadığı açıqlanıb.

Xeberleraz.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Moskva ilə Berlin arasında Ukrayna məsələsinin həlli ilə bağlı heç bir rəsmi təmas olmayıb və hazırda da belə təmaslar yoxdur.

“Ukrayna nizamlanması məsələləri üzrə Almaniya ilə heç bir rəsmi təmas olmayıb və yoxdur. Almaniyanın siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və praktiki addımları nəzərə alınarsa, belə təmasların mümkün olması da çətin görünür”, – Qaluzin deyib.

Rusiya XİN rəsmisi bununla yanaşı, iki ölkənin ictimai dairələrinin nümayəndələri arasında qeyri-rəsmi əlaqələrin mövcud olduğunu təsdiqləyib.

“Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələrinin qeyri-rəsmi görüşlərinə gəlincə, belə görüşlər olub və davam edir”, – deyə Qaluzin əlavə edib. \Musavat.com

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir