Bəzi yerlərdə şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Reklam sahəsi

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Avqustun 10-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 10-u saat 11:00-a olan məlumata əsasən, 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

 

Düşən yağıntının miqdarı

Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ, Naftalanda 1 mm-dir.

Küləyin maksimal sürəti

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Sədərəkdə 15 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 40, Naxçıvan MR-da 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti müşahidə olunub.

Next Post


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir