Cəmiyyət

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Elchi.az – a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığıda deyilir: “Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir