Azərbaycan sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanılıb

Reklam sahəsi

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Elchi.az-a verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı – 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir