“ABŞ-İran razılaşması İsrail, Livan və Fars körfəzini əhatə edəcək” – Vens

Reklam sahəsi

ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ-İran münaqişəsinin nizamlanması razılaşmasına İsrail, Livan və Fars körfəzi ölkələri də daxil olacaq.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Bu, regional sülh sazişidir. Buraya Körfəz, İsrail, Livan daxil olacaq. İdeya budur ki, bu, əsl regional sülh sazişidir”, – o, amerikalı jurnalist Meqyn Kelliyə müsahibəsində deyib.

İyunun 15-nə keçən gecə vasitəçi olan ABŞ, İran və Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında 60 günlük atəşkəs haqqında razılaşmanı təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması gözlənilir.

                                                                                                                                                                   Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir