ABŞ Hörmüz boğazında pullu “VIP-keçid” tətbiq edə bilər

Reklam sahəsi

ABŞ Hörmüz boğazından gəmilərin Amerika hərbi gəmilərinin mühafizəsi altında pullu keçidinin tətbiqini müzakirə edir.

Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.

Qeyd olunur ki, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərinin və sığorta şirkətlərinin Hörmüz boğazı marşrutuna maraq göstərə biləcəyi variantları nəzərdən keçirir. Xüsusilə, gəmilərə “VIP-buraxılış” adlanan sistemin — pul mükafatı (əlavə ödəniş) qarşılığında və ABŞ hərbi gəmilərinin müşayiəti ilə boğazdan sürətləndirilmiş keçid imkanının yaradılması müzakirə edilir.

Nəşrin jurnalistləri vurğulayırlar ki, yekun qərar hələlik qəbul edilməyib.

“Kpler” analitik şirkəti xəbər verir ki, Fars körfəzində, Hörmüz boğazının girişində 220-si neft tankeri olmaqla, təxminən 500 gəmi var. Onların hamısı boğazdan təhlükəsiz keçidi gözləyir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir