Dünya

Belarusda “Faceit” kiberidman platforması bloklanıb

Belarusda “Faceit” kiberidman platforması bloklanıb

Belarusda resursun adından dələduzluq məqsədilə istifadə hallarının artması səbəbindən “Faceit” kiberidman platforması bloklanıb.

Elchi.az xəbər verir ki, respublikanın İstintaq Komitəsindən verilən məlumata görə, araşdırmalardan sonra “Faceit”in rəsmi domeninə giriş bərpa ediləcək.

Mətbuat xidmətindən bildirilib ki, şəbəkədə Belarus Respublikası ərazisində “Faceit” resursunun bloklanması ilə bağlı məlumatlar aktiv şəkildə yayılır. İstifadəçilər girişin olmamasından kütləvi şəkildə şikayət edirlər. “Son vaxtlar resursun populyarlığını nəzərə alaraq, onun adından dələduzluq məqsədilə istifadə halları artıb. Cinayətkarlar Belarus vətəndaşlarının vəsaitlərini ələ keçirmək və onlara zərər vurmaq məqsədilə fişinq linkləri yaradırlar”, – deyə qurumun “Telegram” kanalındakı məlumatda qeyd olunub.

İdarədən vurğulanıb ki, bu faktlar üzrə 10-dan çox cinayət işi başlanıb. Resursun adından gələcək qanunazidd hərəkətlərin qarşısını almaq məqsədilə müstəntiqlər tərəfindən bütün eyniadlı xidmətlərin bloklanması barədə operativ qərar qəbul edilib. “Yaxın vaxtlarda, araşdırmalar başa çatdıqdan sonra “Faceit”in rəsmi domeninə giriş bərpa olunacaq. Yalnız fişinq resursları bloklanmış vəziyyətdə qalacaq”, – İstintaq Komitəsindən əlavə edilib.

Qeyd edək ki, “Faceit” 2012-ci ildə Londonda təsis edilmiş kiberidman platformasıdır. Platforma bir sıra məşhur kompüter oyunları üçün müxtəlif liqalar təsis edib.

                                                                                                Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir