Dünya

Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

İsveçin müdafiə naziri Pol Yonson və Norveç, Finlandiya, Litva və Niderlandın nümayəndələri 400-dən çox “CV90” piyada döyüş maşınının (PDM) birgə satın alınması üzrə 60 milyard krondan (5,87 milyard dollar) artıq dəyərində sazişin imzalanma mərasimində iştirak ediblər.

Elchi.az xəbər verir ki, bu barədə İsveç hökumət dəftərxanası məlumat yayıb.

Söhbət “CV9035 Mk IV” modifikasiyasından gedir. İsveç bu maşınlardan 60 ədəd əldə edəcək.

Təchizatçı Örnşöldsvik şəhərində yerləşən “BAE Systems Hägglunds” şirkətidir. Zirehli piyada döyüş maşını atıcı qrupunu daşıya bilir, böyük məsafələrdə yerüstü hədəfləri məhv etmək üçün tank əleyhinə raket, həmçinin 35 millimetrlik top və pulemyotla təchiz olunub.

                                                                               Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir