Dünya

İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

İraq ölkəni Türkiyə ilə birləşdirən və son 12 ildə fəaliyyətsiz qalan köhnə neft kəmərinin bərpasına başlayıb. Birinci mərhələdə onun ötürücülük qabiliyyəti sutkada 300 min barel təşkil edəcək, gələcəkdə isə bu göstəricinin 500 min barelə çatdırılması planlaşdırılır.

Elchi.az xəbər verir ki, “TRT Haber”in İraqın Neft Nazirliyinə istinadən verdiyi məlumata görə, 46 düym diametrli kəmərlə nəql IT1 nasos stansiyasından IT1A stansiyasına, oradan isə MS ölçü stansiyasına həyata keçiriləcək.

Magistralın bərpası işlərini Neft Nazirliyinin digər bölmələrinin dəstəyi ilə dövlətə məxsus Şimal Neft Şirkətinin (“North Oil Company”) və Neft Layihələri Şirkətinin (“State Company for Oil Projects”) mühəndis və texniki mütəxəssisləri aparır. Təmir işləri öz gücü və daxili resurslar hesabına icra olunur.

Qurumdan qeyd ediblər ki, boru kəmərinin fəaliyyətinin bərpası İraq neftinin nəqli və ixracı üzrə gücləri artırmağa, ixrac marşrutlarını şaxələndirməyə və ölkənin enerji infrastrukturunu möhkəmləndirməyə imkan verəcək.

                                                                                               Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir