Cəmiyyət

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Fövqəladə halların xəbərdar edilməsi və mövcud problemlər” mövzusunda müşavirə keçirilib.

Nazirlikdən Elchi.az-a verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd regionun şəhər və rayonlarında fövqəladə hallara hazırlığın mövcud vəziyyətinin təhlili, insanların həyat və sağlamlığına, eləcə də ətraf ərazilərə təhlükə yarada biləcək halların əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınması, riskli ərazilər barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsinin gücləndirilməsi olub.

Müşavirədə FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, Mərkəzin əhatə etdiyi şəhər və rayonların icra hakimiyyəti başçılarının birinci müavinləri, aidiyyəti xidmətlərin, təhsil və səhiyyə müəssisələrinin, eləcə də digər idarə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Çıxışlarda müşavirənin əhəmiyyəti qeyd olunub, fövqəladə hallara hazırlıq sahəsində aidiyyəti qurumlarla birgə fəaliyyətin vacibliyi vurğulanıb. Həmçinin, şəhər və rayonlarda fövqəladə hallara hazırlıqla bağlı mövcud vəziyyət, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində qurum rəhbərlərinin vəzifələri ətraflı müzakirə edilib.

Daha sonra Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən aparılmış monitorinqlərin nəticələri barədə iştirakçılara ətraflı məlumat verilib.

İnteraktiv formatda davam edən müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Medial
Medial
Medial
Medial

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir