“ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte Floridada keçirilən görüş zamanı Ukrayna ilə bağlı nizamlanma məsələsini və İranla əlaqədar vəziyyəti müzakirə ediblər”.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
“Görüş çox məzmunlu keçdi, əsas mövzular Rusiya ilə Ukrayna arasındakı müharibə və İranın iştirak etdiyi münaqişə, eləcə də Haaqa və Ankaradakı sammitlərdə birlikdə əldə etdiyimiz bütün rekord göstəricili nailiyyətlər idi”,-deyə məlumatda qeyd olunub.
Mətndə Mar-a-Laqoda keçirilən görüş əla kimi təsvir edilir.
Tramp və Rutte əlavə ediblər: “Biz həmçinin Rusiyanın – istər qəsdən, istərsə də qeyri-ixtiyari şəkildə – müharibənin genişlənməsinə səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməsinin, eləcə də mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmaya nail olmağın vacibliyini müzakirə etdik”.
Yeganə