Dünya

Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb – Pezeşkian

Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb – Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarını fikir ayrılıqlarını bir kənara qoymağa çağırıb.

Elchi.az xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat verib.

Pezeşkian bildirib ki, İranın düşmənləri ölkənin süqutunu istəyirlər, lakin o, vətəndaşları fikir ayrılıqlarını bir kənara qoymağa, qüvvələri birləşdirməyə və öz güclərinə, eləcə də xalqın iştirakına arxalanaraq ölkənin inkişaf yolunda irəliləməyə davam etməyə dəvət edib.

O, həmçinin qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyalara və ABŞ-la yaşanan silahlı qarşıdurmaya baxmayaraq, ölkə inkişaf etməkdə davam edib.

                                                                                                                                                                         Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir