Misirin Giza şəhərində neft tankerində baş verən yanğın nəticəsində ölənlərin sayı 31-ə çatıb, 21 nəfər isə xəsarət alıb.
Elchi.az xəbər verir ki, Misir Səhiyyə Nazirliyi paytaxt Qahirənin qərbində yerləşən Gizadakı neft tankerində baş verən yanğında həyatını itirənlərin sayının 31-ə, yaralananların sayının isə 21-ə yüksəldiyini açıqlayıb. Misir Baş Prokurorluğu yanğınla bağlı araşdırmaya başlanıldığını bildirib.
Şayəstə