ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) oktyabr və noyabr ayları ərzində dörd nəfərdə quş qripi virusunun aşkarlandığını, onlardan birinin isə vəfat etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, CDC ölkədəki quş qripi halları ilə bağlı yenilənmiş məlumat yayıb.
Açıqlamada bildirilir ki, virus quş qripindən təsirlənən fermalarda işləyən dörd nəfərdə – Vaşinqton ştatında üç, Oreqon ştatında isə bir nəfərdə – aşkarlanıb.
Həmçinin qeyd olunub ki, Vaşinqton ştatındakı xəstələrdən biri vəfat edib.
Bu son hallar da nəzərə alınmaqla, 2024-cü ilin əvvəlindən bəri quş qripi diaqnozu qoyulan şəxslərin ümumi sayı 75-ə, virus səbəbindən baş verən ölüm hallarının sayı isə 3-ə çatıb.
Məryəm