Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Kərimov Rəhman Rauf oğlu müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada uzun sürən ağır xəstəlikdən vəfat edib.
Bu barədə Elchi.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda qeyd olunub.