ABŞ və Avropa Ukraynaya cəbhə xəttini saxlamağa kömək etməlidir, çünki bu, davamlı sülh üçün şərait yaratmağa kömək edəcək.
Elchi.az xəbər verir ki, bu açıqlama ilə X sosial media platformasında paylaşımı olan ABŞ Müdafiə Nazirinin siyasət üzrə müavini Elbridge Colby çıxış edib.
“Biz inanırıq ki, Ukraynanın Avropanın başçılıq etdiyi möhtəşəm müdafiəsinə dəstəyimizi Ukraynanın cəbhə xəttində saxlamasına imkan verməyə yönəltməliyik. Dəstəyi Ukraynanın irəli müdafiəsinə və bununla bağlı orta mənzilli zərbələrə yönəltmək Ukraynanın möhkəm müdafiəsini gücləndirmək və davamlı sülh üçün şərait yaratmaq üçün ən təsirli yoldur”, – o yazıb.
Kolbi qeyd edib ki, son bir həftə ərzində artıq bu mövzuda bir neçə müzakirələr aparılıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar hörmət, aydınlıq və realizm ruhunda dialoqun davam etdiriləcəyinə ümid edir.
Bundan əvvəl Elbridge Colby Ukrayna ilə bağlı iclası tərk edib. Ukrayna Müdafiə Təmas Qrupunun (UDCG) iclasında çıxış edən Kolbi Ukrayna tərəfini Rusiya ərazisinə hücumlara görə tənqid edib. O, bu hücumların kiçik hərbi əhəmiyyət daşıdığını bildirib. Daha sonra o, Ukrayna müdafiə nazirinin hərbi əməliyyatların vəziyyəti ilə bağlı məxfi hesabatını dinləmədən iclası erkən tərk edib.
Yeganə