İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.11.2026 – 22.11.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Elchi.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 46 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 468 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.