Dünya

“Heckler & Koch” Fransadan 70 mindən çox tüfəng sifarişi alıb

Almaniyanın silah istehsalçısı “Heckler & Koch” Fransadan 10 il müddətinə 70 mindən çox avtomat tüfəng və aksesuarların tədarükü üzrə daha bir iri sifariş alıb.

Elchi.az xəbər verir ki, bu barədə şirkət cümə günü məlumat yayıb.

2016-cı ildə hərbçilərlə ilk dəfə müqavilə imzalayan və o vaxtdan bəri təxminən 100 min avtomat tüfəng tədarük edən “Heckler & Koch” üçün Fransa ordusu iri sifarişçiyə çevrilib.

Şirkət yeni tüfəngin əvvəlki versiyadan daha yüngül və erqonomik olduğunu bildirib. Müqavilənin maliyyə dəyəri açıqlanmır.

“Heckler & Koch” avtomat tüfənglər, pulemyotlar, tapançalar və qumbaraatanlar istehsal edir. Ötən il şirkətin gəliri 393 milyon avro (431 milyon dollar) təşkil edib ki, bu da şirkətin bütün tarixi ərzində rekord göstərici olub.

Gəlir əvvəlki illə müqayisədə 14,4% artıb, mənfəət isə dörddəbir dəfə yüksələrək 39,5 milyon avroya çatıb.

Şirkətin ən böyük sifarişçisi 250 mindən çox avtomat tüfəng və digər silahlar sifariş edən Almaniya Silahlı Qüvvələri – Bundesverdir.

                                                                                  Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir