Dünya

“Google” Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının hesabını bloklayıb

“Google” Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının (GFCN) hesabını mövcud olmayan sanksiyalar bəhanəsi ilə bərpa imkanı olmadan bloklayıb.

Elchi.az xəbər verir ki, bu barədə assosiasiyadan TASS-a məlumat verilib.

“Beynəlxalq Fakt Yoxlama Assosiasiyası (GFCN) noyabrın 19-da “Google” servisindəki hesabının “bərpa imkanı olmadan” qanunsuz bloklandığını bildirir. “Google” səbəb kimi “ixrac məhdudiyyətləri və sanksiyaların tətbiqi”ni göstərir, halbuki GFCN heç bir sanksiya altında deyil və bütün beynəlxalq norma və qaydalara tam riayət edir”, – deyə qurumdan bildirilib.

Fakt Yoxlama Assosiasiyası 2024-cü ildə TASS, “Dialoq Regionları” Muxtar Qeyri-Kommersiya Təşkilatı və “Yeni media emalatxanası”nın iştirakı ilə yaradılıb. Təşkilat feyklərlə mübarizə və etibarlı məlumatın yayılması ilə məşğuldur.

                                                                          Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir