Türkiyəni alt-üst edən əməliyyat – Milyardların fırlandığı sistemin rəhbəri saxlanıldı

Türkiyənin ən mühüm maliyyə qurumlarından biri olan İstanbul Birjasının (Borsa İstanbul A.Ş.) baş direktoru Korkmaz Enes Ergün saxlanılıb.

yüksəkvəzifəli şəxs kapital bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılıb.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Ergünə qarşı iki ağır ittiham irəli sürülüb. O, “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq” və “rüşvət” cinayətlərində şübhəli bilinir.

İstintaqın əvvəlki mərhələlərində də Türkiyənin maliyyə sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbərləri və fond idarəçiləri saxlanılıb.

Oktyabrın 21-də 31 nəfər barəsində saxlanılma qərarı verilib. Araşdırmalar Işıklar Enerji, Vişne Madencilik, Odine Solutions və Tera Finansal Yatırımlar Holding şirkətlərinin səhmləri ilə bağlı əməliyyatları da əhatə edib. Oktyabrın 23-də 11, ertəsi gün isə daha 15 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Korkmaz Enes Ergün oktyabrın 14-də Türkiyə parlamentində çıxışı zamanı İstanbul Birjasının şübhəli fond əməliyyatları ilə bağlı Kapital Bazarları Şurasına məlumat verdiyini və üzərinə düşən vəzifələri yerinə yetirdiyini bildirmişdi.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir