Rusiyadan Krım yolunda əlacsız qayda – sürəti artır, kameralar işləmir

Rusiyanın Kursk vilayətində M-2 “Krım” federal avtomobil yolunun bir hissəsində sürət pozuntularını qeydə alan stasionar kameraların müvəqqəti söndürülməsi qərara alınıb.

, Kursk Vilayət Dumasının deputatı Aleksey Zolotaryov operativ qərargahın bununla bağlı onun təklifini dəstəklədiyini bildirib.

Söhbət Medvenski rayonundan Belqorod vilayəti ilə sərhədə qədər uzanan yol hissəsindən gedir.

Deputatın sözlərinə görə, məsələ Oboyan rayonunun sakinləri ilə görüş zamanı qaldırılıb. O bildirib ki, həmin ərazilərdə əvvəllər Ukrayna dronları uçduğundan sürücülər təhlükəli hesab etdikləri yol hissələrini mümkün qədər tez keçməyə çalışırlar. Bu isə sürət həddinin aşılmasına və nəticədə cərimələrə səbəb ola bilər.

Bu səbəbdən sürət kameralarının müvəqqəti söndürülməsi qərara alınıb. Zolotaryov hesab edir ki, belə bir addım mövcud şəraitdə yol hərəkətini daha təhlükəsiz edəcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir