Güney türkləri “Traktor”un Tehran klubu üzərində qələbəsini belə bayram etdilər – VİDEO
İran futbolunun Premyer Liqasının 25-ci mövsümünün ilk həftəsində Təbrizin “Traktor” komandası ilə Tehranın “Peykan” komandası qarşılaşıb.
Musavat.com bu barədə “GünAz TV”yə istinadən xəbər verir.
Məlumata görə, qarşılaşma Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda baş tutub. On minlərlə tamaşaçının iştirak etdiyi qarşılaşmada Təbriz komandası 2-0 hesabı ilə inamlı qələbə qazanıb. Azərbaycanlı azarkeşlər “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə” və başqa bu kimi milli şüarlar səsləndiriblər.
Sosial media şəbəkəsində yayılan məlumatlara görə, azarkeşlər Təbriz klubunun qələbəsini musiqi sədaları altında rəqs etməklə qeyd ediblər.