İrandan Trampın Hörmüz bəyanatına cavab: “Əsassız yalandır”
İran tərəfi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına nəzarət etmələri barədə bəyanatını təkzib edib.
Musavat.com xəbər verir ki, rəsmi Tehran Vaşinqtonun bu iddialarını “yalan və uydurma” adlandırıb.
“ABŞ-ın əsassız bəyanatları yalandan başqa bir şey deyil. Hörmüz boğazı tamamilə İranın nəzarətindədir”, – deyə İran tərəfinin açıqlamasında vurğulanıb.