Azad edilmiş ərazilərdə daha 107 mina, 784 PHS aşkarlanıb

Reklam sahəsi

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (03.08.2026-09.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Elchi.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 87 piyada əleyhinə mina, 20 tank əleyhinə mina, 784 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1581 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir