Aİ Rusiyadan qaz idxalını yenidən artırıb

Reklam sahəsi

Avropanın Rusiya enerji təchizatından asılılığı azaltmaq səylərinə baxmayaraq, Aİ-nin Rusiyadan idxal etdiyi mayeləşdirilmiş təbii qazın (LNG) həcmi yenidən artıb.

Elchi.az bildirir ki, “Welt am Sonntag” qəzetinin Enerji və Təmiz Hava üzrə Araşdırma Mərkəzinin (CREA) məlumatlarına istinadən verdiyi xəbərə görə, Aİ ölkələri iyun ayında bir il əvvəlki dövrlə müqayisədə 14% daha çox Rusiya LNG-si alıb.

Bundan əlavə, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, təşkilat Rusiyanın Avropaya enerji ixracından əldə etdiyi gəlirin gündəlik 60 milyon avroya yüksəldiyini təxmin edir. Rusiya LNG-sinin bu alışlarında ən böyük pay Fransa-nın payına düşüb.

Bununla belə, uzunmüddətli müqavilələr çərçivəsində Rusiya LNG-sinin idxalına dair Aİ-nin tam qadağası 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qısamüddətli müqavilələr əsasında idxal isə artıq qadağan edilib.

                                                                                                                  Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir