Hindistanın Assam əyalətində daşqınlarda ölənlərin sayı 100-ə çatıb
Hindistanın şimal-şərqindəki Assam əyalətində güclü yağışların yaratdığı daşqınlarda həyatını itirənlərin sayı 100-ə çatıb.
Elchi.az xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə, Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsi (ASDMA) son 24 saat ərzində ştatda baş verən daşqınlarda daha iki nəfərin öldüyünü açıqlayıb.
Beləliklə, ştatda ölənlərin sayı 100-ə çatıb.
Assamın baş naziri Himanta Bisva Sarma ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada ştatın 25 rayonunda 1,1 milyondan çox insanın daşqınlardan təsirləndiyini bildirib.
Bildirilib ki, güclü yağışlar və daşqınlar ştatın infrastrukturuna da böyük ziyan vurub və ştat üzrə 16.951 hektar kənd təsərrüfatı sahəsi də su altında qalıb.
İyun-sentyabr ayları arasında Cənubi Asiyada təsirli olan musson yağışları hər il bölgədə, xüsusən də Hindistan və Pakistanda genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.