Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
Bakının Sabunçu rayonunda dənizdə batan yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb.
Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 6-da Pirşağı qəsəbəsində qeydə alınıb. 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirov xilasetmə məntəqəsindən 2 kilometr uzaqlıqda, xüsusi nəzarət olmayan ərazidə dənizdə boğulub.
FHN-in xilasedici dalğıcları axtarışlardan sonra yeniyetmənin meyitini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.