Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Reklam sahəsi

Sumqayıt şəhərinin Koroğlu prospektində yerləşən avtomobil təmiri sexi və ehtiyat hissələri mağazasında yanğın baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olan kimi hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600kv.m. olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazasında baş vermiş yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir