Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Reklam sahəsi

Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir