Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

Reklam sahəsi

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Elchi.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir